Auditorlar Palatasında “Razılaşdırılmış tapşırıqlar üzrə standartların tətbiqi” mövzusunda ustad dərsi keçirilib

         2026-cı ilin 15 may tarixində Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq “Razılaşdırılmış tapşırıqlar üzrə standartların tətbiqi” mövzusunda onlayn formatda ustad dərsi keçirilib. Ustad dərsində Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov moderator, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev isə məruzəçi qismində çıxış ediblər.

Ustad dərsini giriş sözü ilə Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov açaraq “Razılaşdırılmış tapşırıqlar üzrə standartların tətbiqi” mövzusunun və bununla əlaqədar 4400 saylı (düzəliş edilmiş) “Razılaşdırılmış prosedurlar üzrə tapşırıqlar” Əlaqəli Xidmətlər üzrə Beynəlxalq Standartın əhəmiyyətindən danışaraq bildirib ki, bu Əlaqəli Xidmətlər üzrə Beynəlxalq Standart (ƏXBS) aşağıdakıları müəyyən edir:

   - Razılaşdırılmış prosedurlar üzrə tapşırığı yerinə yetirmək üçün işə cəlb edildikdə mütəxəssis-praktikin məsuliyyətlərini;

   - Razılaşdırılmış prosedurlar üzrə hesabatın formasını və məzmununu. 

ƏXBS tapşırıqların maliyyə və ya qeyri-maliyyə xarakterli yoxlama predmetləri ilə bağlı razılaşdırılmış prosedurlar üzrə tapşırıqların yerinə yetirilməsinə tətbiq edilir.

ƏXBS-ə uyğun olaraq yerinə yetirilən razılaşdırılmış prosedurun yerinə yetirilməsi üzrə tapşırığın dəyəri aşağıdakılardan irəli gəlir:

- Mütəxəssis-praktikin peşə standartlarına, o cümlədən müvafiq etik normalara riayət etməsindən;

- Yerinə yetirilən prosedurlar və əlaqəli nəticələr haqqında aydın məlumatvermədən.

Razılaşdırılmış prosedurlar üzrə tapşırıq audit, təhlil və ya digər təsdiqləmə tapşırığı deyildir. Razılaşdırılmış prosedurlar üzrə tapşırıq mütəxəssis-praktikin hər hansı formada rəy və ya təsdiqləmə nəticəsini ifadə etməsi məqsədilə sübut əldə etməyi nəzərdə tutmur.

Bu ƏXBS, onun tələblərinin müəyyən edildiyi konteksti təmin edən ƏXBS-ə riayət etmək ilə bağlı mütəxəssis-praktikin məqsədlərini ehtiva edir. Məqsədlər razılaşdırılmış prosedurlar üzrə tapşırıqda nəyin yerinə yetirilməli olduğunu başa düşməkdə mütəxəssis-praktikə kömək etmək üçün nəzərdə tutulmuşdur.

Bu ƏXBS, tapşırığın şərtləri 1 yanvar 2022-ci il tarixindən tez olmayaraq razılaşdırılan prosedurlar üzrə tapşırıqlar üçün qüvvədədir.

ƏXBS-ə uyğun olaraq razılaşdırılmış prosedurlar üzrə tapşırıqda mütəxəssis-praktikin məqsədləri aşağıdakılardır:

      - Yerinə yetiriləcək prosedurları tapşırıq verən tərəflə razılaşdırmaq;

      - Razılşadırılmış prosedurları yerinə yetirmək;

      - Yerinə yetirilmiş prosedurlar və əlaqəli nəticələr haqqında bu ƏXBS-in tələblərinə uyğun olaraq məlumat vermək.

Mütəxəssis-praktik razılaşdırılmış prosedurlar üzrə tapşırığın şərtlərini tapşırıq verən tərəflə razılaşdırmalı və tapşırığın razılaşdırılmış şərtlərini məktub-sazişdə və ya digər uyğun yazılı razılaşma formasında qeyd etməlidir. Bu şərtlərə aşağıdakılar daxil edilməlidir.

Mütəxəssis-praktik tapşırığın şərtlərinə uyğun olaraq razılaşdırılmış prosedurları yerinə yetirməlidir.

Mütəxəssis-praktik yazılı təqdimatların tələb edilməsinin zəruri olub-olmadığını nəzərdən keçirməlidir.

Razılaşdırılmış prosedurlar üzrə hesabat yazılı şəkildə olmalıdır və aşağıdakıları ehtiva etməlidir.

Mütəxəssis-praktik tapşırığın sənədlərinə aşağıdakıları daxil etməlidir:

- Tapşırığın yazılı şərtlərini və müvafiq hallarda prosedurlara dəyişikliklərlə bağlı tapşırıq verən tərəfin razılığı;

- Yerinə yetirilən razılaşdırılmış prosedurların xüsusiyyəti, müddəti və həcmi;

- Razılaşdırılmış prosedurlar nəticəsində əldə edilən nəticələr.

Mütəxəssis-praktik razılaşdırılmış prosedurlar üzrə tapşırığın şərtlərini tapşırıq verən tərəflə razılaşdırmalı və tapşırığın razılaşdırılmış şərtlərini məktub-sazişdə və ya digər uyğun yazılı razılaşma formasında qeyd etməlidir.

Q.Bayramov mövzu ətrafında çıxış etmək üçün sözü R.Əliyevə verdi. R.Əliyev çıxış edərək bildirib ki, Hörmətli auditor həmkarlar! Bu təlim kitabçası audit işi üzərində qurulub. Burada nəzəri biliklər deyil, gerçək təcrübədən çıxarılmış dərslər var.

Material Bakı Apellyasiya Məhkəməsinin “X”saylı qətnaməsinin icrası ilə əlaqədar aparılmış audit işinə əsaslanır. Auditor öz hesabatında BAS 4400 standartına istinad etmiş, lakin standartın əsas tələbini pozaraq beş əhəmiyyətli səhvə yol vermişdir. Bu səhvlər nəticəsində:

- Hesabat Auditorlar Palatasına şikayət obyektinə çevrilib;

- Cavabdeh tərəf korrupsiya iddiası irəli sürmüşdür;

- İcra prosesi ləngitilib və işin yenidən aparılması zərurəti yaranıb;

-  Auditor şirkətinin reputasiyasına əhəmiyyətli zərbə dəyib;

Bu təlimə dair kitabçanı oxuduqdan sonra siz:

1. BAS 4400 standartının digər audit standartlarından əsaslı fərqini biləcəksiniz;

2. Hansı tapşırıq üçün hansı standartın seçilməsi lazım olduğunu öyrənəcəksiniz;

3. Düzgün "Faktiki Nəticələr Hesabatı"-nın necə yazılmasını biləcəksiniz;

4. Tipik səhvlərdən xəbərdar olub onlardan qaçacaqsınız;

5. Praktik sorğu vərəqəsindən istifadə edərək hesabatınızı təqdim etməzdən əvvəl yoxlaya biləcəksiniz.

Nəzəri biliklər vacibdir, lakin əsl peşəkarlıq real təcrübədə formalaşır. Bu kitabçada siz başqa auditorun səhvini görəcək, onun səbəbini anlayacaq və öz işinizdə eyni səhvi təkrar etməməyi öyrənəcəksiniz.

BAS 4400 Standartının əsas xüsusiyyəti budur: bu, TƏMİNAT VERMƏYƏN xidmət növüdür. Yəni auditor:

-Yalnız əvvəlcədən razılaşdırılmış prosedurları icra edir;

-Yalnız faktiki nəticələri (tapıntıları) bildirir;

-Heç bir rəy, fikir, qənaət və ya təminat ifadə etmir;

- Hesabatın istifadə dairəsi məhduddur.

Audit dünyasında üç növ təminat səviyyəsi var:

Təminat səviyyəsi

Standart

Nəticə forması

İşin həcmi

 Yüksək (əsaslı)

 BAS 700-799

Audit rəyi

Geniş

 Məhdud

ISRE 2400-2410

Təkrar yoxlama nəticəsi

Orta

YOX (təminat verilmir)

BAS 4400,ISRS 4410

Tapıntılar hesabatı

Məhdud

 

Diqqət: BAS 4400 son sətirdədir. Bu, ona görə vacibdir ki, auditorun verdiyi sənəd bu standart altında məhdud hüquqi qüvvəyə malikdir.

Standartdan tipik istifadə halları aşağıdakılardır;

- Bank krediti üçün konkret göstəricilərin yoxlanması (məsələn, hesablanma əmsalları);

- Müştərinin xahişi ilə müəyyən hesabların yoxlanması;

- Dövlət orqanının tələb etdiyi konkret prosedurların icrası;

- Birləşmə və satınalma əməliyyatlarında hədəfli yoxlama;

- Vergi orqanı üçün xüsusi hesablama prosedurları.

Standartın əsas məhdudiyyətləri auditorlar üçün aşağıdakılardır:

- Maliyyə hesabatlarının ümumi düzgünlüyü haqqında fikir bildirə bilməz;

- Daxili nəzarət sisteminin keyfiyyəti haqqında qiymət verə bilməz;

- Mühasibat siyasətinin uyğunluğu haqqında nəticə çıxara bilməz;

- Yalnız konkret razılaşdırılmış prosedurlar üzrə nəticə təqdim edə bilər.

Yanlış standart seçimi - başlanğıcdan səhv qərar deməkdir. Çox vaxt auditorlar müştəri tələblərinə uyğun standart seçmək əvəzinə, özlərinə rahat olan standartı seçirlər. Bu, ciddi səhvdir. Standart seçimi tapşırığın xarakterindən asılıdır:

BAS 4400 üzrə hesabat 8 əsas bölmədən ibarət olmalıdır. Hər bölmənin öz funksional məqsədi var:

 Səkkiz məcburi bölmə

1. Başlıq: "Faktiki Nəticələr haqqında Hesabat" və ya "Razılaşdırılmış Prosedurlar üzrə Hesabat".

2. Adresant: Tapşırığı verən tərəfin dəqiq adı və ünvanı ("...şirkətinin direktor adına" kimi).

3.Tapşırığın təsviri: Hesabatın məqsədi, əhatə dairəsi və hansı maliyyə məlumatına dair olduğu.

4. Razılaşdırılmış prosedurların siyahısı: Hər prosedur ayrı-ayrı nömrələnmiş və dəqiq təsvir edilmiş şəkildə.

5. Faktiki nəticələr (tapıntılar): Hər prosedurun nəticəsi - faktiki, qiymətləndirməsiz.

6. Məhdudiyyətlər haqqında bəyanat: "Bu rəy deyil, audit deyil, təminat verilmir" açıq qeyd edilir.

7. İstifadə dairəsi: Yalnız konkret tərəflər üçün, ümumi yayım qadağan.

8. İmza, tarix, ünvan: Auditor adı, lisenziya nömrəsi, tarix, şəhər.

Hesabatın 6-cı bölməsində aşağıdakına bənzər məhdudiyyət bəyanatı olmalıdır:

“Bu hesabat yalnız [tərəfin adı] tərəfindən [konkret məqsəd] istifadə üçün hazırlanmışdır. Bu hesabat BAS 4400 "Razılaşdırılmış Prosedurlar üzrə Tapşırıqlar" standartına uyğun aparılmış razılaşdırılmış prosedurların nəticəsidir. Biz audit və ya təkrar yoxlama aparmadıq. Müvafiq olaraq, biz heç bir təminat ifadə etmirik. Yalnız yuxarıda qeyd edilən prosedurları yerinə yetirsəydik, başqa məsələlər diqqətimizə çatdırıla bilərdi və biz bunlar haqqında məlumat verərdik. Bu hesabatın istifadəsi yalnız yuxarıda göstərilən tərəflərlə məhduddur və başqa heç kim üçün nəzərdə tutulmayıb və başqaları tərəfindən istifadə edilməməlidir.”

Auditor üçüncü tərəflə məsləhətləşmədən prosedurları müəyyən etməməlidir. BAS 4400 üzrə tapşırığı verən tərəf və hesabatın istifadəçisi ETİBARLI, hər ikisi prosedurları razılaşdırmalıdır. Əgər icra məmurudur tapşırıqı verir, lakin nəticəni məhkəmə istifadə edir, onda hər ikisi (icra məmuru + məhkəmə) prosedurları təsdiq etməlidir.

BAS 4400 hesabatları məhdud istifadə üçündür. Hesabatda dəqiq qeyd edilməlidir: "Bu hesabat yalnız [konkret tərəf] üçün, [konkret məqsəd üçün] hazırlanmışdır." Əgər bu qeyd yoxdursa, hesabat ictimaiyyətə yayılarsa, auditor məsuliyyət altına düşə bilər.

BAS 4400-də müstəqillik məcburi tələb deyil, lakin yaxşı təcrübədir. Əgər auditorun maraqlar konflikti varsa (məsələn, müştəri ilə ailə əlaqəsi, ortaq biznes maraqları), bu mütləq hesabatda açıqlanmalıdır. Açıqlama olmadan iş etibarını itirir.

Hər prosedurun necə icra edildiyi, hansı sübutla təsdiqləndiyi, kim tərəfindən yoxlandığı sənədləşdirilməlidir. BAS 4400 üzrə işlər ən azı 5 il saxlanmalıdır. Şikayət olduqda Auditorlar Palatası bu kağızları görmək istəyir - əgər yoxdursa, auditor müdafiə oluna bilməz.

"Mənim fikrimcə...", "Adekvatdır...", "Qənaətbəxşdir...", "Düzgündür...", "Lazımi qaydadadır..." - bu sözlər BAS 4400-də olmamalıdır. Hər biri qiymətləndirmə bildirir, qiymətləndirmə isə təminatdır. Əvəzinə fakt yazın: "Sənəddə X göstərilib", "Hesablama Y formuluna uyğundur."

AUDİTORUN SORĞU-VƏRƏQİ

Hesabatı təqdim etməzdən əvvəl bu sorğu vərəqəsini tətbiq edin. Hər nöqtə üzrə "Bəli" cavabı almasanız, hesabatı yenidən nəzərdən keçirin.

 Standart və terminologiya

- Hesabatın başlığı "Faktiki Nəticələr Hesabatı" və ya bənzər formadadır;

- Hesabatda "audit rəyi" və ya "audit" sözləri istifadə edilməyib;

- "Mənim fikrimcə", "adekvatdır", "doğrudur" kimi qiymətləndirmə sözləri yoxdur;

- Tapıntılar kateqorik formada deyil, faktları bildirən şəkildə yazılıb;

- Hesabatda standart adı (BAS 4400) açıq göstərilib.

Prosedurlar və sübutlar

- Hər razılaşdırılmış prosedur ayrıca nömrələnib və təsvir edilib;

- Hər prosedur üçün faktiki nəticə (tapıntı) göstərilib;

- Hər tapıntı üçün mənbə sənədinə istinad var;

- Mənbə sənədlərinin surətləri hesabata əlavə edilib;

- Birdən çox mənbə varsa, ziddiyyət varsa, açıq qeyd edilib.

Məhdudiyyətlər və istifadə dairəsi

- "Bu rəy deyil, audit deyil, təminat verilmir" bəyanatı var;

- Hesabatın istifadə dairəsi məhdudlaşdırılıb (kim üçün, hansı məqsəd üçün);

- İstifadə məhdudiyyəti açıq və yazılıb göstərilib;

- Auditor müstəqilliyi məsələsi əks olunub (varsa konflikt);

- Daxili ziddiyyət yoxdur - bütün bölmələr bir-biri ilə uyğundur.

Texniki keyfiyyət

- Hesablamalar yoxlanılıb (kalkulyator, Excel, formul);

- İstehsalat təqvimi və iş günləri dəqiqdir;

- Vergi və ayırma dərəcələri qüvvədə olan qanunla uyğundur;

- Bütün rəqəmlər mətnlə uyğun gəlir;

- Tarixlər və imzalar yerindədir.

Hər auditor səhv edir - amma peşəkar auditor eyni səhvi iki dəfə etmir. Sizin məsuliyyətiniz öyrəndiklərinizi gündəlik təcrübədə tətbiq etməkdir.

Ustad dərsi praktiki müzakirələrlə davam etmiş və iştirakçıların sualları cavablandırılmışdır.

Ustad dərsində Auditorlar Palatasının 100-ə yaxın üzvü iştirak edib.

TƏQDİMAT

Azərbaycan Respublikasının Auditorlar Palatası