Dünya Bankının STAREP ("Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində auditin və hesabatlılığın möhkəmləndirilməsi") proqramı çərçivəsində 06 noyabr 2014-cü il tarixdə "Avropa İttifaqı və daxili bazar haqqında ümumi məlumatlar" mövzusunda ikinci virtual seminar keçirilmişdir.
Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinində iştirak etdiyi seminarda mühasibat uçotu sahəsində yeni direktiv haqqında ətraflı məlumat verilmişdir.
Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən "Kiçik və orta müəssisələrin auditində BAS-ların tətbiqinə dair Təlimat" hazırlanmışdır. Təlimatın birinci hissəsində əsas anlayışlar, ikinci hissəsində isə praktik vəsait verilmişdir.