AUDİTORLARIN NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciətində qeyd etmişdir ki, "Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi  maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlılıq və şəfafflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir." 

2021-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında Auditor Fəaliyyətinin İnkişaf Konsepsiyası”nda (2021-2030-cu illər) beynəlxalq peşəkar qurumlarla əlaqə, Beynəlxalq Audit standartlarının tətbiqi və qabaqcıl xarici təcrübənin öyrənilməsi istiqamətində çoxsaylı müddəalar nəzərdə tutulmuş və onlar müntəzəm olaraq icra edilməkdədir.

Bu baxımdan aşağıdakı işləri göstərmək olar:

  1. Dünyada qəbul edilmiş və tətbiq olunan yüksək keyfiyyətli beynəlxalq standartların təşviqi;
  2. Beynəlxalq Audit Standartlarının yenilənməsi ilə bağlı nəşrlərin davam etdirilməsi və yenilikərin (dəyişikliklərin) şərhi;
  3. Beynəlxalq Audit Standartlarının hazırlanmasında, qəbul edilməsində, həyata  keçirilməsində və təşviqində milli auditin fəal  iştirakına nail olunması;
  4. İctimai maraqlara xidmət edən standartları hazırlayan beynəlxalq peşəkar qurumların dəstəklənməsi və inkişaf edən gözləntilərə effektiv və operativ şəkildə  uyğunlaşdırılması;
  5. İctimai maraqlara xidmət edən standart hazırlayan Beynəlxalq peşəkar qurumların dəstəklənməsi və inkişaf edən gözləntilərə effektiv və operativ şəkildə  uyğunlaşdırılması;
  6. Beynəlxalq (xarici) əlaqələrdə və beynəlxalq peşəkar qurumların fəaliyyətində milli auditin iştirakının genişləndirilməsi, əməkdaşlıq haqqında niyyət protokollarında, sazişlərdə və anlaşma memorandumlarında nəzərdə tutulmuş tədbirlərdən irəli  gələn vəzifələrin icrasının təmin edilməsi;
  7. Beynəlxalq təşkilatlar və peşəkar qurumlar tərəfindən təqdim edilmiş materialların öyrənilməsi, birgə müzakirəsi və tətbiqi.

Bu sahədə işlərin genişləndirilməsi məqsədilə Palatada 2024-cü ilin aprel ayında Beynəlxalq Audit Standartları və beynəlxalq təşkilatlarla iş üzrə struktur bölməsi yaradılmış və fəaliyyətə başlamışdır.

Şöbə tərəfindən hazırlanmış ilk icmal məlumatı Sizə təqdim edirik.

 

İcmalda 2024-cü ilin mart-aprel aylarında İFAC tərəfindən audit sahəsində mühüm əhəmiyyət kəsb edən aşağıdakı materiallar verilmişdir.

Metodik xarakterli və xarici xəbərlər

  • Davamlılığın təminatı resursları;
  • İstifadəyə dair yol xəritələri. IAASB-nin Avropada LCE üçün ISA;
  • IESBA İşçiləri İctimai Əhəmiyyətli qurumların Auditləri üçün IESBA Məcəlləsindəki Qadağaların Yüksək Səviyyəli Xülasəsini Yayımlayır;
  • IESBA Məcəlləsindəki qadağaların yekunu İctimai Əhəmiyyətli Qurumların auditlərinə tətbiq edilir;
  • PIE-lərin auditinə tətbiq edilən IESBA Məcəlləsindəki qadağaların xülasəsi (Mart 2024) ;
  • İctimai əhəmiyyətli qurumların auditinə tətbiq edilən qadağalarin xülasəsi;
  • Böyük Britaniya və Avstraliya audit qurumları Böyük Britaniyanın audit bazarını daha da genişləndirmək  üçün qarşılıqlı tanınma müqaviləsi imzalayırlar;
  • IAASB qlobal audit və təminat standartlarını təkmilləşdirmək üçün yeni strategiya və iş planını elan edib;
  • Yeni IAASB video seriyası 240 saylı standarta təklif olunan dəyişiklikləri tədqiq edir;
  • Ən yaxşı mühasibat və maliyyə mütəxəssislərini işə götürmək üçün 5 məsləhət (Avstraliya təcrübəsi);
  • Əmək haqqı fırıldaqçılığı: nədir və bunun qarşısını necə almaq olar;
  • Beynəlxalq Davamlılıq Standartları Şurası (ISSB): Resurslar və təlimat (Kanada təcrübəsi).

 

Göstərilən sənədləri  bu link vasitəsilə əldə etmək olar..

Azərbaycan Respublikasının Auditorlar Palatası