Talıbov Nəcəf Musa oğlu

Talıbov Nəcəf Musa oğlu

1956-cı il dekabrın 16-da Qazax şəhərində anadan olmuşdur.
1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür.
2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.
2005-ci ildən bu günə kimi Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri vəzifəsində işləyir. Eyni zamanda Elm və auditor fəaliyyətinin metodoloji təminat üzrə komitənin sədri və "TNM" MMC-nin direktoru-auditoru vəzifəsində işləyir.
Auditorlar Palatası tərəfindən keçirilmiş, habelə bir sıra xarici ölkələrdə təşkil edilmiş seminarlarda, simpoziumlarda, konfranslarda iştirak etmiş və 20-dən çox sertifikatlar əldə etmişdir.
Auditin aparılması və tənzimlənməsinə dair 50-dən çox sahəvi proqramın, metodik göstərişin, təlimat və qaydanın müəllifidir.
 "Audit" (2011) və «Daxili audit» dərs vəsaitlərinin, 20-dək nəşrin həmmüəllifi və tərtibçisidir.
2010-cu il 29 dekabr tarixində Azərbaycan Respublikasının “Fəxri auditor” döş nişanına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2011-ci il 15 sentyabr tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qalareya