Namazəliyev Yaşar Adil oğlu

1949-cu il martın 9-da Füzuli rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Dadaş Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Maliyyə və kredit» ixtisası üzrə bitirmişdir.
1993-cü ilin yanvar ayında Azərbaycan Respubliası Maliyyə Nazirliyi nəzdində Təsərrüfat hesablı Auditor Mərkəzinin (Azeraudit) direktoru işləmişdir. Respublikada Auditorlar Palatasının yaranması ilə əlaqədar olaraq həmin Mərkəz 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ləğv olunmuşdur. Auditorlar Palatası tərəfindən auditor fəaliyyətinin həyata keçirilməsi üçün ilk lisenziya alaraq müstəqil «Azəri-Audit» auditor firmasının təsisçisi, direktoru-auditoru vəzifəsində işləmiş və Palata Şurasının üzvü olmuşdur.
2001-ci il iyunun 12-də Azərbaycan Respublikası Auditorlar Palatasının Nəzarət depatamentinin direktoru vəzifəsinə təyin edilmişdir, 2020-ci il  iyulun 1-dən isə Palata sədrinin müşaviri vəzifəsində işləyir.
2000-ci ildən ABŞ-da yerləşən Daxili Auditorlar İnstitutunun üzvlüyünə qəbul edilərək Beynəlxalq sertifikat almışdır.
2007-ci il  dekabrın 27-də Azərbaycan Respublikasınin "Fəxri auditoru" döş nişanına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2011-ci il 15 sentyabr tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Qalareya