2021-ci il 26 aprel tarixində Auditorlar Palatasının üzvü  "ANR AUDİT" MMC-nin direktor-auditoru Abbaslı Namiq Rasim oğlunun 50 illik yubileyi qeyd edilmişdir

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Namiq Abbaslının keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.

 

 

 

 

 

 

 

Qalareya