Hörmətli Həmkarlar!
Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi və şəxsən öz adımdan Sizi xalqımızın ən əziz bayramı olan Novruz Bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti və işlərinizdə imüvəffəqiyyətlər arzulayıram.
Azərbaycan auditorları ölkənin iqisadi, ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir və dövlətin idarə olunmasında faydalı xidmətlər göstərirlər.
Çox xoşdur ki, Sizlər ölkəmizdə hesabatlılığın və şəffaflığın artırılması istiqamətində, habelə kölgə iqtisadiyyatına və korrupsiyaya qarşı mübarizə sahəsində iqtisadiyyatın möhkəmləndirilməsi naminə vəzifə borclarınızı şərəf və ləyaqətlə yerinə yetirirsiniz.
İnanıram ki, Auditorlar Palatasının üzvü olan auditorlarımız bundan sonra da Azərbaycan auditinə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq ölkə rəhbərliyinin etimadını doğruldacaq. Dövlətimizə, İqtisadiyyatımızın tərəqqisinə və mənsub olduqları şərəfli və məsul auditor peşəsinə sədaqətlə xidmət edəcəklər.
Bayramınız mübarək, əziz həmkarlar.
Dərin hörmətlə, Vahid Novruzov
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
İqtisad elmləri doktoru, professor