Auditorlar Palatasının 2021-ci il üzrə iş planının 6.1-ci “Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, “dəyirmi masa”ların və seminarların təşkilinin müvafiq struktur bölmələr ilə birgə həyata keçirilməsi” bəndinə əsasən 25.02.2021-ci il tarixdə aşağıdakı mövzular üzrə vebinar keçirilmişdir.

1. Auditorların Müstəqillik Qaydalarına dair silsilə seminar (2-ci seminar)

2. İFAC yenilikləri və BAS-lara edilmiş dəyişikliklər barədə

3. Korrupsiya, PL/TM və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların öhdəlikləri barədə (Silsilə seminar).

4. Auditə ictimai etimadın gücləndirilməsi və auditin  təşviqinə dair.

5. "MONEYVAL Komitəsinin V raund qiymətləndirilməsinə hazırlıq çərçivəsi barədə.

Seminar işgüzar şəraitdə keçirilmiş, müzakirələr edilmiş və iştirakçıların sualları cavablandırılmışdır.