Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 23 fevral tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat barədə;
2. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında yeni komitələrin və komissiyanın yaradılması və tərkiblərinin təsdiq edilməsi barədə;
3. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin müfəttişlərinin siyahısının təsdiq edilməsi barədə;
4. Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvlük tələblərinə (SMO) dair hazırlanmış və təqdim edilmiş Auditorlar Palatasının Fəaliyyət Planının IFAC tərəfindən müsbət qiymətləndirilməsi və internet səhifəsində dərc olunması barədə;
5. “Auditorların işlərinin nəticələrinin təsərrüfat subyektlərinin uğurlarının davamlılığına təsirinin müəyyənləşdirilməsi üzrə Tövsiyələr” barədə;
6. 2020-ci ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair hazırlanmış icmal-təhlil barədə;
7. “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2021-ci il üçün Plan-qrafik”lərin təsdiq edilməsi barədə.
Qalareya