İmtahanların strukturu
Hal-hazırda imtahanların keçirilməsi distant qaydada təşkil olunur.
Distant şəkildə
Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2020-ci il 14 iyul tarixli 1/19 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasında auditor adı almaq üçün imtahanların onlayn qaydada keçirilməsi barədə” mövzusunda sərəncamı imzalanmışdır.
1 Tur
İmtahan 5 sualdan ibarətdir. Həmin suallardan 3-üç, şifahi 2-i test olmaqla, hər sual komissiya üzvü tərəfindən 5 bal sistemi üzərindən qiymətləndirilir və imtahandan müvəffəqiyyətlə keçmək üçün minimum 20 bal toplanmalıdır.
Tərkibi Auditorlar Palatasından üç, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi, Milli Bank, iqtisadçı alim, sərbəst auditor və auditor təşkilatlardan bir nümayəndə olmaqla komissiya yaradılır. Komissiyanın tərkibi hər ilin əvvəlində Auditorlar Palatasının sədri tərəfindən təsdiq edilir.
İmtahan 5 mövzudan ibarətdir:
1) Beynəlxalq Audit Standartları;
2) Vergi Məcəlləsi;
3) Müəssisənin maliyyə vəziyyətinin təhlili;
4) Mülki Məcəllə;
5) Beynəlxalq Maliyyə Hesabatlarının Standartları.
Ənənəvi şəkildə
Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2019-cu il 31 oktyabr tarixli 313/4 nömrəli “Auditor adı almaq üçün imtahanların proqramının təsdiq edilməsi barədə” qərarı təsdiq edilmişdir.
1 Tur
İmtahan 100 test sualdan ibarətdir. Həmin suallardan 40-ı Beynəlxalq Audit Standartları, 20-i Müəssisənin maliyyə vəziyyətinin təhlili və 40-ı Mülki Məcəlləyə aiddir. İmtahandan müvəffəqiyyətlə keçmək üçün iştirakçı imtahandan minimum 80, maksimum 100 bal toplamalıdır.
İmtahan 3 mövzudan ibarətdir:
1) Beynəlxalq Audit Standartları;
2) Müəssisənin maliyyə vəziyyətinin təhlili;
3) Mülki Məcəllə.
2 Tur
İmtahan 4 sualdan ibarətdir. Həmin suallardan 2 Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına və 2 Vergi Məcəlləsinə aiddir. İmtahandan müvəffəqiyyətlə keçmək üçün iştirakçı imtahandan minimum 8, maksimum isə 10 bal toplamalıdır.
İmtahan 2 mövzudan ibarətdir:
1) Beynəlxalq Maliyyə Hesabatlarının Standartları;
2) Vergi Məcəlləsi.