Rəhimov Vəli Rəhim oğlu

Tel: 012 465 65 45 (daxili: 107)
 

1965-ci il martın 04-də Qərbi Azərbaycanın Krasnoselo rayounun Cil kəndində anadan

olmuşdur.
 

1982-ci ildə orta məktəbi bitirmiş, 1984-cü ildə D. Bünyatzadə adına Azərbaycan Xalq

Təsərrüfatı İnstituna daxil olmuşdur. 1989-cu ildə ildə N.A Voznesenk adına Leninqrad

Maliyyə-İqtisad İnstitunun Bakı filialının maliyyə kredit ixtisasını bitirmişdir.
 

1984-1987-ci illərdə Bakı Məişət Maşınları zavodunda qəlibçi işləmişdir.
 

1988-ci ildə Bakı şəhər, Kirov rayon Səhiyyə şöbəsində İqtisadçı vəzifəsində çalışmışdır.
 

1989-1993-cü illərdə Azərbaycan Elmi Tətqiqat və Təbii amillərlə müalicə institutunda baş

mühasibin müavini, baş mühasib vəzifəsində çalışmışdır.
 

1996-cı ildən hal-hazıradək Azərbaycan Respublikası Auditorlar Palatasının Maliyyə

Depatamentinin direktoru, Maliyyə-təsərrüfat idarəsinin rəisi vəzifələrində çalışır.
 

1998-ci ildə TASİS proqramı çərçivəsində Almaniyada keçirilən Müflisləşmə və sanasiya üzrə

təlim proqramında iştirak edərək sertifikat əldə etmişdir;
 

2001-ci ildə ASOSAİ proqramı çərçivəsində Banqladeşdə keçirilən Maliyyə auditi üzrə kurs

keçmiş və sertifikat əldə etmişdir;
 

2002-ci ildə ASOSAİ proqramı çərçivəsində Hindistanda keçirilən İT Auditi üzrə kursları

keçərək sertifikat əldə etmişdir;
 

2008-ci ildə Malaziyada Milli Audit Departamenti tərəfindən keçirilən İT AUDİTİ üzrə kursları

keçərək sertifikat əldə etmişdir.
 

2000-ci ildən Beynəlxalq Auditorlar İnstitunun (İİA) üzvüdür.
 

2010-cu ilin 29 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri

Fərmanı”na layiq görülmüşdür.
 

2013-cü ilin 06 may tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının

“Fəxri auditor” döş nişanına layiq görülmüşdür.
 

2016-cı il 04 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan

Respublikası Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin

inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
 

2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvüdür.
 

Yeni Azərbaycan Partiyasının üzvüdür.
 

Ailəlidir. İki övladı var.