Dövlət qurumu auditor seçib - MƏBLƏĞ
Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi audit xidməti üçün elan etdiyi tenderin qalibini açıqlayıb.FED.az xəbər verir ki, tenderin qalibi "Moore Stephens Azərbaycan" MMC olub.Radio-Televiziya Yayımı Peyk Rabitəsi İstehsalat Birliyi 2019-cu ilin maliyyə hesabatlarının audit yoxlamasının aparılması üçün "Moore Stephens Azərbaycan" MMC ilə 11 min 250 manat məbləğində müqavilə bağlanıb.