Ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və bununla bağlı “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə 2025-ci il 13 mart tarixində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfrans keçirilib. Konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü və Vətən uğrunda canından keçmiş şəhidlərin kompleksini ziyarət edərək onların əziz xatirəsini dərin ehtiramla yad edib, abidələri önünə gül dəstələri düzüblər.
Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən bəhs edib və konfransın işinə uğurlar arzulayıb. Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Vergi islahatlarının maliyyə nəzarətinin gücləndirilməsinə və özəl sektorda uçot sisteminin bərpasına təsiri”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov “Rəqəmsal gömrük: Ticarətin asanlaşdırılması və büdcə dayanıqlılığı kontekstində”, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədr müavini Azər Abbasov “ƏL/TMM-ə qarşı mübarizə ölkənin maliyyə təhlükəsizliyinin mühüm amili kimi”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov “Maliyyə təhlükəsizliyi və kadr hazırlığına yeni dövrün çağırışları”, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Azərbaycan Respublikasında maliyyə nəzarətinin qanunvericilik bazası və onun təkmilləşdirilməsi məsələləri”, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov “Audit konstitusiya və suverenlik zəminində”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Süni intellektin maliyyə nəzarətində istifadə imkanları”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının müdiri Əvəz Ələkbərov “Maliyyə şəffaflığı, elm və praktikanın vəhdəti: müasir çağırışlar”, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri Zaur Vəliyev “İqtisadi təhlükəsizliyin təmin edilməsində dövlət auditinin rolu”, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva “Dövlət maliyyə nəzarəti və audit”, Azərbaycan Respublikası Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərov “Özəl sektorun dayanıqlı inkişafında və qanuni mənafelərin qorunmasında auditin rolu”, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşad Səmədzadə “Maliyyə nəzarəti konstitusiya hüquqlarının keşiyində”, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə “Qanunsuz yolla əldə olunmuş əmlakın leqallaşdırılmasına qarşı mübarizədə müstəqil auditin rolu və vəzifələri”, “Bakı Metropoliteni” QSC-nin Daxili audit departamentinin rəisi Elvin Hacıyev “Dövlət investisiya layihələrinin səmərəliliyinin təmin olunmasında maliyyə nəzarətinin rolu” mövzularında məruzələrlə çıxış ediblər və faydalı fikir mübadiləsi aparılıb.
Konfransda dövlət qurumlarının nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti, Auditorlar Palatasının üzvləri və kollektivi, Azərbaycan İqtisadçılar İttifaqının nümayəndələri iştirak ediblər.
Qalareya