Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, E.Bənnayevin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.
Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.
Sonda E.Bənnayevə hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirilərək ölkədə auditor xidmətinin inkişafındakı çoxillik fəaliyyətinə görə fəxri auditor döş nişanı ilə, eyni zamanda Auditorlar Palatasının və Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman” ilə təltif edildi və xatirə şəkili çəkildi.