Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının kollektivi və üzvləri adından təbrik etdi, M.Ümbətovun keçdiyi həyat və fəaliyyəti haqqında danışdı.
Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.
Sonda M.Ümbətova hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, eyni zamanda Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman” ilə təltif edildi və xatirə şəkili çəkildi.