2016-cı 13 iyun tarixində Auditorlar Palatasının Təsərrüfat bölməsinin müdiri İsmayılov Nazim Məmməd oğlunun 55 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, N.İsmayılovun keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.
Tədbirdə Auditorlar Palatasının kollektivi iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirilərək Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman”ları ilə təltif edildi və xatirə şəkili çəkildi.