2019-cu il 1 iyul tarixində tarixində Auditorlar Palatasının üzvü "Novotech İnternational" direktor-auditoru Hüseynov Kamil Heydər oğlunun 60 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, K.Hüseynovun  keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.
Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.
Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirilərək Auditorlar Palatasının Fəxri Auditor döş nişanı  ilə təltif edildi və xatirə şəkili çəkildi.