Auditorlar Palatasının üzvlərinin nəzərinə!

Dünya Bankı Qrupunun Maliyyə və Davamlılıq Hesabatlılığı İslahatları Mərkəzi (CFRR)
tərəfindən 25 noyabr 2026-cı il tarixində “Virtual Café #3” adlı növbəti onlayn tədbir təşkil
olunacaq.
Tədbirin mövzusu: “Davamlılıq hesabatlılığının biznes və mühasibat uçotu üzrə tədris
proqramlarına inteqrasiyası” (Embedding Sustainability Reporting into Business and
Accounting Curricula).

Tədbir çərçivəsində davamlılıq hesabatlılığının müasir biznes proseslərində rolu, onun
mühasibat uçotu və maliyyə təhsili proqramlarına inteqrasiyası, eləcə də gələcək
mütəxəssislərin malik olmalı olduqları bilik və bacarıqlar müzakirə ediləcək.
Tədbirin xüsusi məruzəçisi Danimarkanın Kopenhagen Biznes Məktəbinin professoru
və Yaşıl Keçid üzrə dekan müavini professor Andreas Rasche olacaqdır.
Tarix: 25 noyabr 2026-cı il
Saat: 16:00–17:30 (Bakı vaxtı ilə)
Format: Onlayn (Zoom)
İşçi dili: İngilis dili (rus dilinə sinxron tərcümə təmin ediləcək).
Tədbir universitet müəllimləri, tədqiqatçılar, peşəkar mühasibat təşkilatlarının təlimçiləri,
auditorlar və mühasibatlıq sahəsində fəaliyyət göstərən digər mütəxəssislər üçün faydalı
olacaqdır.
İştirak etməkdə maraqlı olan şəxslərin tədbirə qoşulmaq üçün qeydiyyat və bağlantı
məlumatlarını əldə etmələri məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası ilə əlaqə
saxlamaları xahiş olunur.

 

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://worldbankgroup.zoom.us/j/95471903021?pwd=t6Wakmi2n4wpMy0PRT4W183icSe0Qm.1

 

Azərbaycan Respublikasının Auditorlar Palatası