Hörmətli üzvlər!
2026-cı il 18 noyabr tarixində saat 10:00-da Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən auditorların peşə biliklərinin artırılması və beynəlxalq maliyyə hesabatı standartlarında baş verən yeniliklər barədə məlumatlandırılması məqsədilə MUBS 1 “Maliyyə hesabatlarının təqdim edilməsi” standartının ləğvi və yeni MHBS 18 “Maliyyə hesabatlarında təqdimat və açıqlamalar” standartının tətbiqi mövzusunda təlim keçiriləcəkdir.
Təlimdə MUBS 1 standartının MHBS 18 standartı ilə əvəzlənməsinin mahiyyəti və əsas səbəbləri, yeni standartın maliyyə hesabatlarının təqdimatına gətirdiyi dəyişikliklər, açıqlama tələbləri, eləcə də yeniliklərin praktiki tətbiqi ilə bağlı məsələlər ətraflı izah olunacaqdır.
Təlim Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, “ACCREDO AUDİT” MMC-nin direktor-auditoru Şamxal Kərimov tərəfindən keçiriləcəkdir.
Sizdən xahiş olunur ki, təlimdə fəal iştirak edəsiniz.
Təlimə aşağıdakı link vasitəsilə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikasının Auditorlar Palatası