Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək etimada layiq görülüb və Asiya Elmlər Akademiyasının Baş Assambleyası tərəfindən həmin Akademiyanın həqiqi üzvü – akademik seçilib.
Bu münasibətlə ona Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Ərazisində rəsmiləşdirilmiş FM-28-22112025 nömrəli müvafiq sertifikat təqdim olunub.

Qalareya