Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən “AI in Practice and Research – Accountancy Associations Sharing Experiences” (Süni intellektin praktik tətbiqi və tədqiqi – Mühasibat təşkilatlarının təcrübə mübadiləsi) mövzusunda onlayn sessiyalar təşkil ediləcəkdir.
Tədbir iki hissədən ibarət olmaqla aşağıdakı tarix və saatlarda keçiriləcək:
I hissə: 5 noyabr 2026-cı il, saat 19:00–20:20 (Bakı vaxtı ilə);
II hissə: 10 noyabr 2026-cı il, saat 19:30–20:40 (Bakı vaxtı ilə).
Sessiyalar çərçivəsində IFAC-ın üzv təşkilatlarının nümayəndələri süni intellektin peşəkar mühasibat təşkilatlarının fəaliyyətində tətbiqi ilə bağlı öz təcrübələrini, həyata keçirdikləri layihələri və əldə etdikləri nəticələri bölüşəcəklər.
Müzakirələrdə aşağıdakı mövzulara toxunulacaq:
Auditor fəaliyyətində süni intellektdən istifadəyə dair yanaşmalar;
Peşəkar mühasibat təşkilatlarının süni intellektə hazırlıq səviyyəsi;
Mühasibat və audit peşəsində süni intellektin tənzimlənməsi ilə bağlı hüquqi və etik məsələlər;
Mühasiblər və auditorlar üçün süni intellektin praktiki tətbiqi imkanları;
Süni intellektin mühasibat uçotu, idarəetmə və audit proseslərinə inteqrasiyası;
Peşəkar mühasiblərin süni intellekt sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi.
Tədbir interaktiv formatda keçiriləcək, iştirakçılar üçün sualların ünvanlanması, fikir və təcrübə mübadiləsi imkanları yaradılacaqdır.
Tədbir haqqında əlavə məlumat:
Format: Onlayn;
Dil: İngilis dili;
Tərcümə: Tərcümə xidməti nəzərdə tutulmayıb.
İştirak etmək istəyən üzvlər aşağıdakı keçid vasitəsilə hər iki sessiya üçün qeydiyyatdan keçə bilərlər:
Azərbaycan Respublikasının Auditorlar Palatası