Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!

2026-cı il 4 noyabr tarixində Britaniya Ticarət Palatasının Azərbaycandakı (BCCA) Dayanıqlılıq və Enerji Komitəsi ACCA ilə tərəfdaşlıq çərçivəsində “Azərbaycanda dayanıqlılıq hesabatlılığı: irəliləyişin izlənilməsi və hazırlığın gücləndirilməsi” (“Sustainability Reporting in Azerbaijan: Tracking Progress and Building Readiness”) mövzusunda panel müzakirəsi keçirəcək.

Tədbirdə Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə müavini Qoşqar Əhmədov çıxış edəcək.

Panel müzakirəsi çərçivəsində Azərbaycanda dayanıqlılıq hesabatlılığının mövcud vəziyyəti, bu sahədə normativ-hüquqi tənzimləmənin inkişaf istiqamətləri, eləcə də müəssisələrin hesabatlılığa hazırlıq səviyyəsinin artırılması üçün atılmalı praktiki addımlar müzakirə olunacaq. İştirakçılar dayanıqlılıq hesabatlılığının tətbiqi ilə bağlı təcrübə və yanaşmalarını bölüşərək bu sahədə qarşıda duran çağırışları və inkişaf perspektivlərini nəzərdən keçirəcəklər.

Panel müzakirəsi dayanıqlılıq hesabatlılığının inkişafı, beynəlxalq təcrübənin öyrənilməsi və biznes subyektlərinin bu sahədə hazırlığının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Qalareya