Auditor təşkilatları və sərbəst auditorlar üçün ŞƏMS informasiya sistemindən istifadəyə dair təlim keçiriləcəkdir

Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) birgə razılığına əsasən, 3 noyabr 2026-cı il tarixində auditor xidməti subyektləri üçün “Şübhəli əməliyyatların monitorinqi” (ŞƏMS) informasiya sistemindən istifadəyə dair maarifləndirici təlim keçiriləcəkdir.

Təlim onlayn formatda, “Zoom” platforması vasitəsilə, MMX-nin məsul mütəxəssislərinin iştirakı ilə təşkil olunacaqdır.

Təlimin əsas istiqamətləri və proqramı:

  1. “ŞƏMS” informasiya sisteminin strukturu və funksionallığı: Sistemə ilkin giriş, profillərin aktivləşdirilməsi və şəxsi kabinetin idarə edilməsi qaydaları;
  2. Hesabatların sistemə daxil edilməsi: Qanunvericiliklə müəyyən edilmiş qaydada şübhəli və monitorinq olunmalı əməliyyatlara dair məlumat və hesabat formalarının sistem vasitəsilə düzgün və dolğun tərtib edilərək MMX-yə ötürülməsi mexanizmi;
  3. Qeydiyyat və texniki məsələlər: Auditorların nəzarət orqanı blokunda yaranan texniki uyğunsuzluqların aradan qaldırılması və sualların cavablandırılması;
  4. Praktiki keyslər və sual-cavab sessiyası: Sistemin tətbiqi zamanı ən çox rast gəlinən xətaların araşdırılması və canlı izahı.

Təlim haqqında məlumat:

  • Tarix: 3 noyabr 2026-cı il
  • Format: Onlayn (“Zoom” platforması vasitəsilə)
  • İştirakçılar: Auditor təşkilatlarının rəhbərləri, məsul auditorlar və sərbəst auditorlar
  • Təlimdə iştirak məcburidir;
  • Təlimin başlanma saatı və “Zoom” platformasına qoşulmaq üçün keçid barədə məlumat iştirakçılara əvvəlcədən təqdim ediləcəkdir.

Təlimin məqsədi auditorların ŞƏMS informasiya sistemindən düzgün istifadə etmələrinə və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini vaxtında və düzgün yerinə yetirmələrinə kömək etməkdir.

Qeyd: Təlimdə iştirak etməyən auditor xidməti subyektləri (auditor təşkilatları və sərbəst auditorlar) risk siyahısına daxil ediləcəkdir.