“Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” üzrə ixtisasartırma kursu çərçivəsində nəzəri və praktiki təlim proqramına qeydiyyat başlandı!
Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən auditorların, daxili auditorların, peşəkar mühasiblərin və maliyyə mütəxəssislərinin etik prinsiplər, konseptual çərçivə və müstəqillik tələbləri üzrə nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusi təlim kursu təşkil olunur.
Təlim proqramının mövzu struktur:
HƏDƏF AUDİTORİYASI: Tədris proqramı yalnız Auditorlar Palatasının üzvləri olan auditorlar, auditor təşkilatlarındakı auditorlar, həmin təşkilatların mütəxəssisləri və sərbəst auditorlar üçün nəzərdə tutulmuşdur.
Qiymətləndirmə və Sertifikatlaşdırma:
Tədris proqramının yekununda iştirakçıların biliklərinin qiymətləndirilməsi keçiriləcəkdir. İmtahanda müvəffəqiyyətli nəticə göstərən iştirakçılara auditorun peşəkar inkişafını təsdiq edən sertifikat təqdim olunacaqdır.
Təşkilati məlumatlar:
Əlaqələndirici şəxs:
Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva
Tel: 051 921 25 25; 012 465 21 75
E-mail: training@audit.gov.az