09 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Auditorlar Palatası ilə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatı arasında məhkəmə aktları əsasında ekspert, mütəxəssis və auditor rəylərinin hazırlanması ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş işçi görüş keçirilib.
Görüşdə Auditorlar Palatasının Xüsusi Auditlər, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, Daxili Nəzarət və Forenzik Təhlillər idarəsinin rəisi Ənvər Aslanov, Auditin transformasiyası və operativ tənzimləmə idarəsinin rəisi Qoşqar Əhmədov və Auditorlar Palatasının üzvü, sərbəst auditor Akif Ağayev iştirak ediblər.
Görüşdə məhkəmə işlərinə mütəxəssis və ekspert qismində cəlb edilən Auditorlar Palatasının və auditorların fəaliyyətinin optimallaşdırılması, auditor rəylərinin hazırlanması prosesində qarşıya çıxan praktiki məsələlər, xidmət haqlarının qabaqcadan müəyyənləşdirilməsi və ödəniş mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu istiqamətdə fəaliyyətin daha səmərəli və keyfiyyətli təşkili üçün mövcud imkanlar və vahid yanaşmanın formalaşdırılması məsələləri ətraflı nəzərdən keçirilib.
Müzakirələr zamanı məhkəmə qərardadlarında tədqiqatın predmeti, işin həcmi, icra müddəti, xidmət haqqının ödəyicisi və maliyyələşmə mənbəyinin dəqiq müəyyənləşdirilməsi, eləcə də tədqiqat başlamazdan əvvəl maliyyələşmənin təmin olunması məsələləri müzakirə edilib.