2026-cı il 3 sentyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının yaranmasının 30 illik yubileyi münasibəti ilə Auditorlar Palatasının ölkədə auditin inkişafına verdiyi töhfələri əks etdirən fərdi jurnalist yazı müsaqəsi və “Ən yaxşı auditor assistenti və mütəxəssisi” və “Ən yaxşı gənc auditor” ların seçilməsi üzrə müsabiqələrin iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Palatanın rəhbərliyi, struktur bölmə rəhbərləri, həmçinin müsabiqələrin iştirakçıları iştirak ediblər.
Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov giriş sözü ilə çıxış edərək müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışaraq müsabiqə iştirakçılarını salamladı və onlara öz təşəkkürünü bildirdi.
Fəxrəddin İsmayılov fərdi jurnalist yazısı müsabiqəsinin keçirilməsi barədə çıxış etmək üçün sözü Palata sədrinin elmi – metodik məsələlər üzrə müşaviri, Komissiyanın sədri Qəşəm Bayramova verdi.
Qəşəm Bayramov çıxış edərək bildirib ki, müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan auditi qarşısında proqram xarakterli göstərişlərini rəhbər tutaraq, ölkəmizdə auditor xidməti bazarında şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azaldılması, hesabatlılığın təkmilləşdirilməsi, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, ictimai etimadın gücləndirilməsi və auditdə rəqəmsallaşma və süni intellektin tətbiqi istiqamətində yeni dövrün çağırışlarına uyğun innovativ yeniliklərin tətbiqi ilə auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsində, bu xidmətlərin sahibkarlara beynəlxalq standartlar əsasında tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkilində mühüm üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.
Müsabiqənin mövzusu “Auditin inkişaf mərhələləri; uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” olmuşdur.
Auditorlar Palatası sədrinin 2026-cı il 13 aprel tarixli 10-1/3-3-13/2026 nömrəli sərəncamı ilə 6 nəfərdən ibarət yaradılmış Müsabiqə Komissiyası jurnalistlər tərəfindən təqdim edilmiş məqalələri “Azərbaycan Respublikası Auditorlar Palatasının yaranmasının 30 illik yubileyi münasibəti ilə Auditorlar Palatasının ölkədə auditin inkişafına verdiyi töhfələri əks etdirən fərdi jurnalist yazı müsabiqəsi” Qaydalarına uyğun olaraq nəzərdən keçirmiş və obyektiv şəkildə qiymətləndirmişdir.
Müsabiqənin nəticəsi Müsabiqə komissiyasının 2026-cı il 30 iyul tarixli 1 nömrəli iclas protokolu ilə rəsmiləşdirilmişdir.
Səsvermənin yekun nəticələrinə əsasən, ümumilikdə 13 nəfər namizəd müsabiqədə iştirak etmişdir.
Qaydalara əsasən, müsabiqənin qalibləri səsvermə yolu ilə aşağıdakı kimi qiymətləndirilmişdir:
I yer: Səmədzadə Aytən Ziyad qızı – İqtisadiyyat qəzetinin redaktoru
Quliyeva Samirə Zahir qızı – AZƏRTAC-ın aparıcı müxbiri
II yer: Türbəndəzadə Tuncay İlyas oğlu – Report İnformasiya Agentliyinin müxbiri
Cəfərli Hənifə Alıhüseyn oğlu – İ.e.d., Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) “Maliyyə və audit” kafedrasının professoru
III yer: Kaşiyeva Flora Şamil qızı – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
“Maliyyə və audit” Kafedrasının müəllimi, iqtisad elmləri
namizədi, dosent
Aslanova Yaqut Ağaşah qızı – “İki sahil” qəzetinin müxbiri
Camalov Elvin Mehman oğlu – Baki-baku.az saytının müxbiri
Quliyeva Nurlanə Böyük Ağa qızı – “The Region Plus” jurnalının İqtisadiyyat
Departamentinin rəhbəri, redaktor
Bunlardan əlavə, müsabiqə qaydalarına uyğun olaraq 5 nəfər yazı müəllifinə – Nəsirli Akif Sovet oğlu – “Bakı-Xəbər” qəzetinin müxbirinə, Məmmədov Yaşar Əzimaga oğlu – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdirinə, Sədirova Fərqanə Allahverdi qızı – “Vergilər” qəzetinin müxbirinə, Qasımova İlhamə Valeh qızı – Bakı Biznes Universitetinin müəlliminə, Rəmixanova Sərvanə Ədalət qızı – “Valyuta.az” informasiya portalının müxbirinə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulmuşdur.
Palatanın rəhbərliyi tərəfindən müsabiqənin I,II və III yerlərin qaliblərinə diplomlar və digər iştirakçılarına təşəkkürnamələr təqdim eddilib.
Müsabiqə Komissiyası təqdim edilmiş məqalələrin qiymətləndirilməsini həyata keçirmiş, səsvermənin müsabiqənin şərtlərinə uyğun keçirildiyini müəyyən etmiş və nəticələrin təsdiq olunmasını məqsədəuyğun hesab etmişdir.
Daha sonra Fəxrəddin İsmayılov “Ən yaxşı auditor assistenti və mütəxəssisi” və “Ən yaxşı gənc auditor” ların seçilməsi üzrə müsabiqələr barədə çıxış etmək üçün sözü Auditin təşkili və hesabatlılıq İdarəsinin rəisi Vasif Cavadova verdi.
Vasif Cavadov çıxış edərək bildirib ki, audit peşəsinin dayanıqlı inkişafı yalnız normativ və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə deyil, eyni zamanda peşəyə yeni nəslin cəlb edilməsi, gənc mütəxəssislərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların təşəbbüskarlığının və peşəkar potensialının dəstəklənməsi ilə sıx bağlıdır.
Bu baxımdan, keçirilən müsabiqələr gənc auditor və mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsi ilə yanaşı, onların əməyinin və nailiyyətlərinin təşviqinə, audit peşəsində sağlam rəqabət və inkişaf mühitinin formalaşdırılmasına xidmət edən mühüm təşəbbüs kimi qiymətləndirilib.
“Ən yaxşı auditor assistenti və mütəxəssisi” müsabiqəsinin nəticələri
Müsabiqənin nəticələrinə əsasən “Ən yaxşı auditor assistenti və mütəxəssisi” nominasiyası üzrə:
I yer – “Deloitte & Touche” MMAC-nin mütəxəssisi Əliyeva Tünzalə Sadiq qızı;
II yer – “Smart Audit” MMC-nin baş mütəxəssisi Xəlilova Aytən Xanlar qızı və “Azəruçot” MMC-nin auditor assistenti Calalov Abdulla Saleh oğlu;
III yer – “KPMG Audit Azərbaycan” MMC-nin 2-ci dərəcəli auditor assistenti İbadzadə Fatimə Qasım qızı, “A Plus Audit” MMC-nin auditor assistenti Əlisoy Nərmin Azər qızı və “KPMG Audit Azərbaycan” MMC-nin 2-ci dərəcəli auditor assistenti Yusifli Eyvaz Səməd oğlu olublar.
“Ən yaxşı gənc auditor”lar müsabiqəsinin nəticələri
“Ən yaxşı gənc auditor” müsabiqəsinin qalibləri isə aşağıdakılar olub:
I yer – “MBM Audit” MMC-nin direktor-auditoru Bəşirli Məhəmmədəli Şərif oğlu;
II yer – sərbəst auditor Cəbrizadə Qulu Namiq oğlu;
III yer – “Azel-Audit” MMC-nin auditoru Qırxıyev Kənan Arif oğlu.
Müsabiqə qaliblərinə diplomlar və hədiyyə kartları təqdim olunub.
Tədbirdə gənc auditor və mütəxəssislərin nümayiş etdirdikləri yüksək peşəkarlıq səviyyəsinin təqdirəlayiq olduğu qeyd edilib, onların əldə etdikləri nəticələrin həm fərdi peşəkar inkişaf, həm də bütövlükdə audit sahəsinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Auditorlar Palatasının 30 illik yubileyinin məhz peşənin gələcəyini müəyyən edən gənc auditor və mütəxəssislərin əməyinin qiymətləndirilməsi ilə qeyd olunması xüsusi məna daşıyır. Bu, üç onillik ərzində formalaşmış peşə ənənələrinin qorunması ilə yanaşı, audit sahəsinin inkişafının yeni nəsil peşəkarların bilik, bacarıq və potensialı üzərində davam etdirilməsinə verilən önəmin göstəricisidir.
Tədbirin sonunda Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov çıxış edərək bir daha müsabiqələrin əhəmiyyətini vurğulardı və tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onların işlərinə uğurlar arzuladı.
Tədbir iştirakçıların xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Qalareya