Azərbaycanda auditorların sayı 15 %-ə yaxın artıb - İKİSAHİL.AZ

2025-ci ilin yekununda Azərbaycanda 201 auditor təşkilatının və 66 sərbəst auditorun fəaliyyət hüququ olub.

"İki sahil" Auditorlar Palatasına istinadən xəbər verir ki, bunlar 2024-cü ilin yekunu ilə müqayisədə 20,4 % çox və eynidir.

Beləliklə, ötən ilin sonunda ölkədə 267 auditor olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 14,6 % çoxdur.