Azərbaycanda ötən il publik hüquqi şəxslərin 37 %-dən çoxu auditdən keçməyib - İKİSAHİL.AZ

2025-ci ildə Azərbaycanda 147 publik hüquqi şəxs ilk dəfə məcburi audit subyekti olub.

"İki sahil" Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8,9 % çoxdur.

Ötən il auditdən keçmiş publik hüquqi şəxslərin sayı 5,7 % artaraq 92-yə çatıb, onların xüsusi çəkisi isə 64,4 %-dən 62,6 %-ə düşüb. Başqa sözlə, il ərzində publik hüquqi şəxslərin 37,4 %-i auditdən keçməyib.