Azərbaycan Respublikası Auditorlar Palatasının Xüsusi Auditlər, ƏL/TMM, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsində gənc mütəxəssislərin audit, daxili nəzarət, forenzik təhlil, habelə çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahələrində praktiki bilik və bacarıqlar əldə etmələrinin təmin edilməsi məqsədilə təcrübəçi qəbulu elan edilir.
- Təcrübə proqramına hüquq, iqtisadiyyat, maliyyə və audit ixtisasları üzrə ali təhsil almış şəxslər müraciət edə bilərlər.
Təcrübə müddətində iştirakçılar:
- Xüsusi auditlərin təşkil edilməsində iştirak edəcəklər;
- ƏL/TMM istiqaməti üzrə məlumatların toplanması və ilkin təhlilinə dəstək göstərəcəklər;
- Forenzik təhlillər zamanı məlumatların araşdırılması və emalında iştirak edəcəklər;
- Təqdimat, arayış, hesabat və digər xidməti sənədlərin hazırlanmasına dəstək verəcəklər;
- Vətəndaşlardan daxil olan ərizə, şikayət və digər müraciətlərin araşdırılmasında iştirak etmək, onların qanunvericiliyin tələblərinə uyğun qaydada baxılmasına və cavab layihələrinin hazırlanmasına dəstək olacaqlar;
- İdarənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqların icrasında iştirak edəcəklər.
Təcrübə zamanı iştirakçılar peşəkar mütəxəssislərin rəhbərliyi altında praktiki təcrübə qazanacaq, audit və nəzarət sahəsində iş prosesləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Namizədlər müsahibə yolu ilə qiymətləndiriləcək, nəticələrə əsasən seçilmiş şəxslər təcrübə proqramına cəlb olunacaqlar.
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər özləri barədə məlumatları (CV) legaldepartment@audit.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün əlaqələndirici şəxslər - Xüsusi Auditlər, ƏL/TMM, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsinin əməkdaşları: Hilal Məmmədli (055 543 15 30; 498 28 55 (daxili-116); Heydər Yusifzadə (055 892 01 51; 498 28 55 (daxili-116).