Beynəlxalq əməkdaşlığın inkişafı və auditorların peşəkar bilik və bacarıqlarının müasir rəqəmsal texnologiyalar sahəsində təkmilləşdirilməsi məqsədilə Pakistan Sertifikatlı Mühasiblər İnstitutu (ICAP) nəzdində fəaliyyət göstərən Rəqəmsal Təminat və Mühasibatlıq Şurası (Digital Assurance and Accounting Board – DAAB) tərəfindən təşkil olunan "Robototexnika və Süni İntellekt ilə Ağıllı Avtomatlaşdırmanın Mənimsənilməsi" (Mastering Intelligent Automation with Robotics and Artificial Intelligence – Cohort 7) beynəlxalq onlayn təlim proqramına qeydiyyat elan edilmişdir.

44 CPD saatını əhatə edən təlim proqramının ilkin olaraq 25 avqust 2026-cı il tarixində başlaması planlaşdırılır. Təlimlər Zoom platforması üzərindən hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 18:00–21:00 (Bakı vaxtı ilə) onlayn formatda keçiriləcəkdir.

Təlim çərçivəsində iştirakçılar Microsoft Power Automate, UiPath StudioXAutomation Anywhere platformalarında praktiki bilik və bacarıqlar əldə etməklə audit, vergitutma, ERP sistemləri, uyğunluq (Compliance), maliyyə hesabatlılığı, maliyyə proqnozlaşdırılması və süni intellektə əsaslanan qərarqəbuletmə istiqamətlərində avtomatlaşdırma həllərinin hazırlanmasını öyrənəcəklər.

Tədris proqramı aşağıdakı modulları əhatə edir:

- Süni İntellekt, Maşın Öyrənməsi və Ağıllı Avtomatlaşdırmanın Əsasları;

- Robotlaşdırılmış Proseslərin Avtomatlaşdırılması (RPA) və Məlumatların İdarə Edilməsi ilə Qabaqcıl Avtomatlaşdırma;

- Vergi proseslərinin, ERP sistemlərinin və sənədlərin emalının avtomatlaşdırılması;

- Süni İntellektə əsaslanan avtomatlaşdırma və qabaqcıl maliyyə proqnozlaşdırılması.

Təlimdə iştirak haqqı və güzəştlər:

- Ümumi tarif: Vergidən əvvəl 80 000 PKR (3% vergi daxil 82 400 PKR; təxminən 504 AZN);

- Endirimli tarif (ARAP və ICAP üzvləri üçün): ICAP rəhbərliyinin xüsusi qərarına əsasən, Azərbaycan Respublikası Auditorlar Palatasının (ARAP) üzvləri üçün təlim haqqına güzəşt tətbiq olunur. Bu güzəştə əsasən, maraqlı (ARAP üzvləri də təlimdə ICAP üzvləri üçün nəzərdə tutulan endirimli ödənişlə 65 000 PKR (3% vergi daxil 66 950 PKR; təxminən 410 AZN) iştirak edə bilərlər.

ARAP üzvləri təlimdə vergidən əvvəl 65 000 PKR (3% vergi daxil 66 950 PKR; təxminən 410 AZN) ödəniş etməklə iştirak edə bilərlər.

Ödəniş qaydaları və üsulları: İştirak haqqı aşağıdakı yollardan biri ilə ödənilə bilər:

1.ICAP portalı üzərindən birbaşa ödəniş;

2.Hesab-faktura (official invoice) əsasında birbaşa bank köçürməsi (wire transfer);

3.Kredit / Debet kartı (Mastercard/VISA) ilə onlayn ödəniş: Keçid linkinə daxil olaraq "Option No. 2 – Credit Card Payment" bölməsini və "Non-Member" kateqoriyasını seçməklə təlimatlara uyğun ödənişi tamamlaya bilərsiniz.

Qeyd: Ödəniş uğurla həyata keçirildikdən sonra ödəniş qəbzinin/skrinşotunun Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim edilməsi xahiş olunur.

- Onlayn ödəniş keçidi: https://online.icap.org.pk/onlinepaymentmethod.php

- Qeydiyyat üçün bizə məlumat verməyinizi xahiş edirik.

- Təlim broşurları ilə azərbaycaningilis dillərində buradan tanış ola bilərsiniz.

Əlaqələndirici şəxs:

Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva

Tel: 051 921 25 25; 012 465 21 75

E-mail: training@audit.gov.az