AUDİTORLAR PALATASININ ÜZVLƏRİNİN VƏ PEŞƏKAR MÜTƏXƏSSİSLƏRİN NƏZƏRİNƏ!

Malayziyanın beynəlxalq konsaltinq təşkilatı olan "Execbureau Consulting" tərəfindən keçirilən, auditorlar, daxili nəzarət mütəxəssisləri, risk menecerləri və uyğunluq (compliance) üzrə məsul şəxslər üçün nəzərdə tutulmuş "Sertifikatlı GRC Professional" onlayn kursunu diqqətinizə çatdırırıq.

Təlim Haqqında Əsas Məlumatlar:

Mövzu: Sertifikatlı GRC Professional Virtual Kursu (İdarəetmə, Risklər və Uyğunluq)

Tarix: 26–27 Avqust 2026-cı il

Format: Virtual / Onlayn

Təlimçi: Professor Emmanuel Murun, Ph.D (FCIMN, FICA, FGRCP, FIMC, FICN, SIRM, HCIB, ССО, СMC)

Sertifikat & Kredit: Kursu bitirənlərə beynəlxalq sertifikat və 24 CPD krediti təqdim olunur.

Təlim Ödənişlidir: Bir nümayəndə üçün ödəniş 300 USD təşkil edir. (Qrup halında iştirak üçün endirimlər mövcuddur).

Ödənişə daxildir: Mühazirə və oxu materialları, video dərslər, nümunə tədqiqatları (Case Studies), imtahan və sertifikatlaşdırma.

Təlimin Əsas Tədris İstiqamətləri:

1.İdarəetmə, risklərin idarə edilməsi və tənzimləyici uyğunluq (GRC) konseptlərinin dərindən mənimsənilməsi;

2.Tənzimləyici mühitin təhlili və təşkilatda yüksek riskli sahələrin və uyğunsuzluqların müəyyən edilməsi;

GRC-nin əməliyyat metodları vasitəsilə təşkilati strategiyaya inteqrasiyası;

3.Uyğunluq üzrə məsul şəxsin, auditorun və risk menecerinin rolunun dəqiqləşdirilməsi;

4.Təşkilatda GRC strateji planının hazırlanması və tətbiqi.

Bu təlim auditorlar, audit menecerləri, daxili korporativ məsləhətçilər, risk menecerləri, mühasiblər, uyğunluq (compliance) üzrə mütəxəssislər, hüquqşünaslar, eləcə də tənzimləyici münasibətlərə cavabdeh olan rəhbər şəxslərin iştirakı üçün nəzərdə tutulmuşdur.

QEYDİYYAT VƏ ÖDƏNİŞ ÜÇÜN SON TARİX:

Təlimdə iştirak etmək istəyən üzvlərin 15 Avqust 2026-cı il tarixinədək qeydiyyatdan keçmələri xahiş olunur.

Qeydiyyat və Əlaqə:

Əlaqələndirici şəxs: Daniel K. | Layihələr Meneceri (Execbureau Consulting, Baş Ofis, Malayziya)

E-poçt: daniel@execbureau.com

Veb-sayt: [www.execbureau.com](https://www.execbureau.com)