Auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərinə!

Azərbaycan Respublikası Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3- 20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq 2026-cı ilin 23 iyul tarixində saat 10:00-da “Forensik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması (Moderator: Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov, məruzəçi “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev) mövzusunda onlayn qaydada ustad dərsi keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin ustad dərsində fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09