Azərbaycan Respublikası Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3- 20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq 2026-cı ilin 20 iyul tarixində saat 10:00-da “Auditin keyfiyyətinə kənar nəzarət” (Moderator: Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov, məruzəçi Auditin transformasiyası,operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Əhmədov Qoşqar) mövzusunda onlayn qaydada ustad dərsi keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin ustad dərsində fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09