Auditor təşkilatlarının rəhbərlərinin, sərbəst auditorların və ictimaiyyətin nəzərinə!

ICAI (The Institute of Chartered Accountants of India) tərəfindən təşkil olunan 4-cü ITEC Tədris Proqramı – “Mühasibat və audit sahəsində mütəxəssislərin rəqəmsal transformasiya vasitəsilə gələcəyin çağırışlarına hazırlanması” mövzusunda  2026-cı il 24 avqust – 5 sentyabr tarixlərində Hindistanın Heydərabad şəhərində təlim keçiriləcəkdir.

 

• Təlim proqramı 2026-cı il 24 avqust – 5 sentyabr tarixlərində Hindistanın Heydərabad şəhərində yerləşən ICAI Mükəmməllik Mərkəzində keçiriləcəkdir;

 • İştirak üçün mühasibat uçotu, maliyyə, audit və əlaqəli ixtisaslar üzrə tədris alanlar və ya məzunlar müraciət edə bilərlər;

• Beynəlxalq peşəkar mühasibat təşkilatları tərəfindən tövsiyə olunmuş namizədlər, həmçinin maliyyə və mühasibatlıq, audit sahələrində çalışan mütəxəssislər proqramda iştirak edə bilərlər;

• Maliyyə texnologiyaları (FinTech) sahəsində fəaliyyət göstərən mütəxəssislər də proqram üçün uyğun namizəd hesab olunurlar;

• Proqram ICAI tərəfindən daha əvvəl təşkil edilmiş “Sharing the Indian Accounting Profession Story” (18–29 noyabr 2024-cü il), “Frontiers of Global Accounting: Mastering Digital Transformation” (15–26 sentyabr 2025-ci il) və “Engaging Public Accountants in the 21st Century” (12–23 yanvar 2026-cı il) adlı uğurlu ITEC tədris proqramlarının davamı olaraq keçirilir.

Proqramın bülleteni ilə Azərbaycan və İngilis dillərində müvafiq keçidlərə klikləyərək tanış ola bilərsiniz.

Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıda təqdim olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər:

 

https://itecgoi.in/applicant_getCountry?salt3=YTJzmHoDTET24q61dVZhiNqK6pGZIgrhvV951+vheCE=&salt=4OzZRTH8UDsS2R86IW1ZRg==&salt2=dd2/JS13Fg/40eJe7CYDJw==