İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 2026-cı il 06 iyul tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim etməlidirlər.
Maraqlananlar Azərbaycan Respublikasının Auditorlar Palatasının Kadr hazırlığı idarəsinə müraciət edə bilərlər. Auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslər üçün imtahan qabağı hazırlıq kursları təşkil edilir.
İmtahan və hazırlıq kursları ödənişlidir.
İmtahan 2026-cı ilin iyul ayında keçiriləcəkdir.
Ünvan: S.Y.Bakuvi küçəsi 35
Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva.
Əlaqə nömrəsi: (012) 465-21-75 (daxili 122), (051) 921-25-25
Email: training@audit.gov.az