Azərbaycan Respublikası Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq 2026-cı ilin 22 may tarixində saat 10:00-da “Audit sübutu” (Moderator: Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov, məruzəçilər: “ANR Audit” MMC-nin direktor-auditoru Namiq Abbaslı və “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının audit üzrə meneceri Səmayə Tağıyeva) mövzusunda onlayn qaydada ustad dərsi keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin ustad dərsində fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09