2026-cı il 14 may tarixində Auditorlar Palatasının üzvü "Cavid Audit" MMC-nin direktor-auditoru Məmmədov Şahbaz Müseyib oğlunun 70 illik yubileyi qeyd edilib.

    Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı  Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Şahbaz Məmmədovun keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.