Auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərinə!

Azərbaycan Respublikası Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi bəndinin icrasını təmin etmək məqsədilə 2026-cı il 15 may tarixində saat 10:00-da “Razılaşdırılmış tapşırıqlar üzrə standartların tətbiqi” mövzusunda onlayn qaydada ustad dərsi keçiriləcəkdir.

Ustad dərsi Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramovun moderatorluğu  və “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyevin məruzəsi əsasında keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin ustad dərsində fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09