Auditorlar Palatası tərəfindən 2026-cı il 27 aprel tarixində Auditor adı almaq üçün imtahana hazırlıq kursu keçiriləcəkdir. Kursda iştirak könüllüdür.
Kursda tədris olunacaq mövzular: Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS), Vergi qanunvericiliyi, Beynəlxalq Audit Standartları (BAS), Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə. Hədəfli maliyyə sanksiyaları.
Kursda iştirak ödənişlidir və onlayn formatda keçiriləcəkdir.
Kursda iştirak etmək arzusunda olan şəxslər 2026-cı il 20 aprel tarixinədək Auditorlar Palatasına müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Auditorların hazırlanması və ixtisasartırması şöbəsinin müdiri Elminə İsayeva.
Əlaqə nömrəsi:012-465-21-75; 055-249-29-11; e-mail: training@audit.gov.az
AUDİTORLAR PALATASININ
İMTAHAN KOMİSSİYASI