Müsabiqədə iştirak etmək arzusunda olanlar öz dərc etdirilmiş materiallarını 01 aprel 2026-cı il tarixindən 01 iyun 2026-cı il tarixinədək Auditorlar Palatasının Müsabiqə Komissiyasına təqdim edə bilərlər.
Müsabiqədə I, II və III yerlər üzrə qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması nəzərdə tutulmuşdur.
I yer üzrə 1 nəfər üçün 1000 manat;
II yer üzrə 2 nəfər və hər biri üçün 500 manat;
III yer üzrə 3 nəfər və hər biri üçün 300 manat.
Qaliblər həmçinin Azərbaycan Respublikası Auditorlar Palatasının xüsusi diplomu ilə təltif olunacaqdır.
Bundan əlavə 5 yazı müəllifinə (hər birinə 200 manat) həvəsləndirici pul mükafatı veriləcəkdir.
Əlaqələndirici şəxs:
İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri
Məhluqə Hüseynova
Mob.: (055) 242-88-28
e-mail: public-relations@audit.gov.az
Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küç.35.
Sizləri müsabiqədə iştirak etməyə dəvət edirik.