
1987-ci il mayın 15-də Qərbi Azərbaycanın Barana rayonunda anadan olmuşdur.
2004-cü ildə 14 nömrəli tam orta məktəbini bitirmişdir.
2009-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində Dövlət İdarəçilik İnstitutunun “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2007-ci ildən Azərbaycan Respublikasının Auditorlar Palatasının işə qəbul müsabiqəsindən uğurla keçmiş və həmin ildən etibarən mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis, şöbə müdiri və idarə rəisinin müavini vəzifələrində çalışmışdır.
Hal-hazırda Kadr hazırlığı idarəsinin Auditorların hazırlanması və ixtisasartırma şöbəsinin müdiri vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki övladı var.