
2000-ci il iyul ayının 14-də Bakı şəhərində anadan olmuşdur.
2007-2018-ci illərdə Bakı şəhəri 281 nömrəli tam orta məktəbdə təhsil almışdır.
2018-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tərcümə (ərəb dili üzrə) ixtisasına daxil olmuş və 2022-ci ildə bakalavr təhsilini uğurla bitirmişdir.
2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının Biznesin təşkili və idarə edilməsi (Beynəlxalq biznes üzrə) ixtisaslaşmasına daxil olmuş və 2025-ci ildə magistr təhsilini başa vuraraq magistr elmi-ixtisas dərəcəsi almışdır.
2023-cü il dekabr ayının 11-dən etibarən Auditorlar Palatasının işə qəbul müsabiqəsindən uğurla keçmiş və həmin ildən etibarən aparıcı mütəxəssis, baş mütəxəssis, şöbə müdiri və idarə rəisinin müavini vəzifələrində çalışmışdır.
2026-cı il yanvar 01-dən hal-hazıradək Haqsız rəqabətə qarşı mübarizə və beynəlxalq əlaqələr idarəsində rəis müavini, şöbə müdiri vəzifəsində çalışır.
2024-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2026-cı ildən Qərbi Azərbaycan İcması Nəzarət – Təftiş Komissiyasının üzvüdür.