2026-cı il 20 fevral tarixində saat 10:00-da Azərbaycan Respublikasının Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 1.1-ci “Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik vəsait və şərhlərin hazırlanması” bəndinin icrasını təmin etmək məqsədilə “Vergi və digər qanunvericiliklərə dəyişikliklər barədə”, eləcə də İş Planının 10.3.3-cü “Müştərilərlə effektiv ünsiyyətin qurulması və gücləndirilməsi” mövzularında onlayn formatda seminar keçiriləcəkdir.
Seminarın moderatoru – Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov; Məruzəçilər – A Audit and Consulting MMC-nin direktoru Rüfət Əliyev və sərbəst auditor Şamxal Kərimovdur.
Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.
Seminara aşağıdakı linklə qoşula bilərsiniz:
https://us06web.zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikasının Auditorlar Palatası