“IPSASB SRS 1 – iqlimlə əlaqəli açıqlamalar” mövzusunda vebinar keçiriləcək

2026-cı il 12 fevral tarixində saat 17:00-da (Bakı vaxtı ilə) “IPSASB SRS 1 –İqlimlə əlaqəli açıqlamalar” standartına həsr olunmuş ictimai onlayn vebinar keçiriləcəkdir.

Vebinarın məqsədi iştirakçılara iqlimlə əlaqəli risk və imkanların düzgün açıqlanması, maliyyə qərarlarının daha əsaslandırılmış şəkildə qəbul edilməsi və dövlət maliyyəsinin uzunmüddətli dayanıqlığının gücləndirilməsi barədə anlayış qazandırmaqdır.

Vebinarda müzakirə olunacaq əsas mövzular:

  1. IPSASB SRS 1 standartının məqsədi və tətbiq sahəsi;
  2. İqlimlə əlaqəli açıqlamalar üzrə əsas tələblər;
  3. Dövlət və ictimai sektor üçün praktik hesabat yanaşmaları;
  4. İştirakçıların suallarının canlı cavablandırılması.

Məruzəçilər:

  1. Thomas Müller-Marqués Berger – IPSASB sədri;
  2. Karen Leung – IPSASB SRS 1 layihə rəhbəri;
  3. Alex Metcalfe – IPSASB SRS 1 layihə rəhbəri.

Qeydiyyat üçün bura tıklayın.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası