İmtahanda mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə azı üç il əmək stajına malik olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər 10 aprel 2026-cı il tarixinədək aşağıda göstərilən sənədləri Azərbaycan Respublikası Auditorlar Palatasına təqdim etməlidirlər:
ACCA, CIPA və CAP sertifikatlarına malik olan şəxslər həmin sertifikatların əslini təqdim etdikdə imtahan nəticələrində nəzərə alınır.
Auditor adı almaq üçün imtahanda iştirak etmək arzusunda olan şəxslərə imtahandan əvvəl hazırlıq kursları təşkil edilir.
İmtahan 2026-cı ilin aprel ayında keçiriləcəkdir.
İmtahan və hazırlıq kurslarında iştirak ödənişlidir.
Maraqlananlar Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət edə bilərlər.
Ünvan: AZ1072 Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35. Azərbaycan Respublikasının Auditorlar Palatası
Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəisi Elmira Hacıyeva
Əlaqə nömrələri: (012) 465-21-75 (daxili 122), (051) 921-25-25
E-mail: training@audit.gov.az