Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə doğum günü münasibətilə teleqram ünvanlamışdır.

 

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə

 

     Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi, üzvləri və şəxsən öz adımdan  Zati-alilərinizi  doğum gününüz münasibətilə  səmimi qəlbdən təbrik edirəm. Sizin müdrik, qətiyyətli və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan son illər ərzində misilsiz inkişaf yolu keçmiş, siyasi sabitlik daha da möhkəmlənmiş, sosial-iqtisadi tərəqqi davamlı xarakter almış, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi və demokratik cəmiyyət quruculuğu, milli maraqlarımızın qətiyyətlə qorunması istiqamətində həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü siyasət xalqımız tərəfindən böyük rəğbət və dəstək ilə qarşılanır.

Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının uğurla icrası ölkəmizin tarixində yeni şanlı səhifə açmışdır. Bu nailiyyətlər müasir Azərbaycanın gücünün, xalq-iqtidar birliyinin və Sizin Liderliyinizin bariz təzahürüdür.

Maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması, dövlət vəsaitindən səmərəli istifadə olunmasının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar ali rəhbərliyinizin strateji xəttinin tərkib hissəsi olmaqla, ölkəmizdə dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsinə mühüm töhfə verir. Ölkə auditorları Sizin bu müdrik siyasətinizin uğurla reallaşması istiqamətində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədirlər.

Biz tam əminik ki, Siz bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi və xalqımızın firavan gələcəyinin təmin olunması naminə tarixi missiyanızı böyük əzmkarlıqla davam etdirəcək, ölkəmizi yeni zirvələrə doğru inamla aparacaqsınız.                                            

Möhtərəm cənab Prezident,

Sizi bir daha təbrik edir, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə məsul fəaliyyətinizdə uğurlar, yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayıram.

 

 

    Dərin hörmət və ehtiramla,

                                                                                                           Vahid NOVRUZOV,

                                                                                          Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,  

iqtisad elmləri doktoru, professor