Auditorlar Palatası Şurasının 2025-ci il 13 avqust tarixli 378/8 nömrəli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2025-ci ilin 6 ayının yekununa dair Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyyəti barədə” qərarının 3-cü bəndinə uyğun olaraq, auditor xidmətindən istifadə edənlərə bəyan edilir ki, aşağıda adları qeyd edilən Auditorlar Palatasının üzvləri Palataya olan üzvlük haqqı borclarını tam ödəmədiklərinə görə növbəti il 2026-cı il ərzində göstəriləcək auditor xidmətlərinə görə müqavilə bağlanılarkən riskli olmaları onların nəzərinə çatdırılsın:
Auditor təşkilatları
- "Bakı Audit" (Direktor: Çıraqov Tofiq)
- “MRİ-AZ Audit” (Direktor: Rzayev Akif )
- "Trend Audit" (Direktor:Həbibzadə Səbrin)
Sərbəst auditorlar
- Zəkiyev Zəki