İqtisadi müstəqilliyin məqsədlərindən biri maliyyə sabitliyi və şəffaflığın təmin olunmasıdır.
Bunu Auditorlar Palatasının sədri Vahid Novruzov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.
Onun sözlərinə görə, iqtisadi müstəqilliyin mahiyyəti dəyişməsə də, onun qarşısında duran məsələlər dövlət quruculuğu prosesində bir qədər dəyişib: “Bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da belədir. Müstəqilliyimizin ilk illərində iqtisadi müstəqilliyin əsas qayəsini neft strategiyası, müxtəlif sahələrdə həyata keçirilən uğurlu islahatlar, özəlləşdirilmə təşkil etsə də, müasir şəraitdə iqtisadi müstəqilliyin məqsədləri qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi, rəqəmsal iqtisadiyyat və dayanıqlı inkişaf, yaşıl enerji, beynəlxalq əməkdaşlıq və milli maraqlardır”.