Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2025-ci il 13 avqust tarixində videokonfrans formatında növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi iclasda auditin aktual problemlərinə dair aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikası Auditorlar Palatasının struktur bölmələrinin 2025-ci ilin I yarımilliyi üzrə fəaliyyətinin yekununa dair hesabat barədə;
2. Haqsız rəqabətin vəziyyətinə dair hesabat barədə;
3. Haqsız rəqabətə qarşı mübarizə sahəsində xarici təcrübə və təqdim olunmuş təkliflər barədə;
4. “Auditorun şəxsi kabineti” sisteminə daxil edilən şübhə doğuran və yalnış məlumatların müəyyən edilməsi üzrə meyarlar barədə;
5. Auditorlar arasında etik qaydalara əməl edilməməsi ilə bağlı monitorinq sistemi barədə;
6. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda 2025-ci il 23-24 may tarixli beynəlxalq elmi-praktik konfransın materiallarının nəşr etdirilməsi barədə;
7. Gənclərin audit fəaliyyətinə geniş cəlb olunmasının həlli istiqamətlərinin tətbiqinə dair keçirilmiş sorğunun nəticələri barədə;
8. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2025-ci ilin I yarımili ərzində Auditorlar Palatasına üzvlük haqqının ödənilməsi vəziyyəti barədə;
9. Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə əməl edilmədiyinə və peşə fəaliyyəti ilə bağlı tələb edilən lazımi sənəd və məlumatların təqdim edilməməsinə görə intizam və tənbeh tədbirləri barədə;
10. Beynəlxalq Audit Standartlarının tələblərinə riayət edilməməsi və aparılmış auditin nəticəsinin keyfiyyətsiz hesab edilməsi barədə.