2025-ci ilin 18 mart tarixində Auditorlar Palatasında “Haqsız rəqabətlə bağlı anonim şikayətlərin və iddiaların qəbul olunması üçün xüsusi bir mexanizmin yaradılması və tətbiq edilməsi” və “Haqsız rəqabət və dempinq hallarına yol verən auditorlara qarşı mübarizənin gücləndirilməsi üzrə təkliflərin verilməsi” mövzularına dair “Dəyirmi masa” keçirilib

Auditorlar Palatasında 2025-ci ilin 18 mart tarixində Auditorlar Palatasının 2025-ci il üzrə iş planının 6.4-cü “Haqsız rəqabətlə bağlı anonim şikayətlərin və iddiaların qəbul olunması üçün xüsusi bir mexanizmin yaradılması və tətbiq edilməsi” və 6.6-cı “Haqsız rəqabət və dempinq hallarına yol verən auditorlara qarşı mübarizənin gücləndirilməsi üzrə təkliflərin işlənib hazırlanması” bəndlərinə uyğun olaraq Auditorlar Palatası Şurasının 2025-ci il 28 fevral tarixli 374/5 və 374/6 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə həmin mövzulara dair “Dəyirmi masa” keçirilmişdir.

Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov “Dəyirmi masa”nın gündəliyinə çıxarılan məsələlərin əhəmiyyəti barədə çıxış edərək bildirdi ki, Auditorlar Palatasının 2025-ci il üzrə iş planının 6.4-cü “Haqsız rəqabətlə bağlı anonim şikayətlərin və iddiaların qəbul olunması mexanizminin yaradılması və tətbiq edilməsi” və 6.6-cı “Haqsız rəqabət və dempinq hallarına yol verən auditorlara qarşı mübarizənin gücləndirilməsi üzrə təkliflərin hazırlanması” bəndlərinin icrasını təmin etmək məqsədilə Haqsız rəqabətə qarşı mübarizə idarəsi tərəfindən “Haqsız rəqabətlə bağlı anonim şikayətlərin və iddiaların qəbul olunması mexanizmi”nin layihəsi və “Haqsız rəqabət və dempinq hallarına yol verən auditorlara qarşı mübarizənin gücləndirilməsi üzrə təkliflər” hazırlanmış və Palata Şurasının 2025-ci il 28 fevral tarixində keçirilən iclasında müzakirə olunmaq üçün təqdim edilmişdir. Palata Şurasının 2025-ci il 28 fevral tarixli 374/5 və 374/6 nömrəli qərarlarına əsasən, həmin layihələrin 2025-ci ilin 18 mart tarixində keçiriləcək “Dəyirmi masa”da müzakirə olunması və “Dəyirmi masa” üzvləri tərəfindən verilən təkliflər nəzərə alınmaqla yenidən işlənib hazırlanması məqsədəmüvafiq hesab edilmişdir.

Mexanizm, auditor xidmətləri sahəsindəki hər hansı qeyri-etik və qeyri-qanuni fəaliyyətlərin aşkar edilməsi və qarşısının alınması məqsədini güdür.

Mexanizm aşağıdakı 5 bölmədən ibarətdir:

1.           Giriş;

2.           Mexanizmin məqsədi və əhəmiyyəti;

3.           Mexanizmin prinsipləri;

4.           Mexanizmin həyata keçirilməsi prosedurları;

5.           Gözlənilən nəticələr.

“Dəyirmi masa”da müzakirə olunmaq üçün aşağıdakı təkliflər təqdim edilmişdir:

1.           Təsərrüfat subyekti ilə bağlanılan müqavilənin ləğvi;

2.           Maliyyə cərimələri;

3.           Təkrarlanan pozuntulara qarşı cərimələrin artırılması;

4.           İcazələrin müvəqqəti dayandırılması;

5.           İcazənin daimi ləğvi;

6.           İctimaiyyətə açıqlama edilməsi;

7.           Etik audit mükafatları.

Haqsız rəqabət və dempinq hallarına yol verən auditorlara qarşı mübarizənin gücləndirilməsi üzrə təkliflər bazarda qeyri-etik və haqsız rəqabətə qarşı mübarizə tədbirlərinin görülməsini və auditor xidmətlərinin keyfiyyətinin artırılmasını hədəfləyir.        

Daha sonra Qəşəm Bayramov auditor xidmətləri sahəsindəki hər hansı qeyri-etik və qeyri-qanuni fəaliyyətlərin aşkar edilməsi və haqsız rəqabət hallarının qarşısının alınması barədə bəhs edərək bildirib ki, Auditorlar Palatası ötən dövr ərzində haqsız rəqabət hallarının qarşısının alınmasına dair xeyli təqdirəlayiq işlər görmüşdür.

Belə ki, Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli  340/1 nömrəli qərarı ilə Auditorlar Palatası 2022-ci ili “Haqsız rəqabətlə mübarizə ili” elan etmişdir. Auditorlar Palatasının strukturunda Haqsız rəqabətə qarşı mübarizə idarəsi və Palatanın Şurası yanında Haqsız rəqabətə qarşı mübarizə üzrə komitə yaradılmışdır.

Həmin idarə və komitə tərəfindən haqsız rəqabətə qarşı mübarizə ilə əlaqədar Türkiyə Respublikasının təcrübəsi öyrənilmiş və onların tətbiqinə dair Auditorlar Palatasının sədri, professor V.Novruzovun rəhbərliyi altında Palatanın Şurası yanında müvafiq komitələr və Palatanın struktur bölmələri tərəfindən 11 metodik vəsaitdən ibarət “Haqsız rəqabətə qarşı mübarizə üzrə metodik materiallar toplusu” və “Qütb ulduzumuz” kitabı hazırlanmış, eyni zamanda  nəşr etdirilmiş və xidməti istifadə üçün auditor təşkilatlarına, sərbəst auditorlara paylanılmışdır.

İnkişaf etmiş xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri müəyyən edilmiş və Palata Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin minimum hədlərə dəyişiklik edilərək Şuranın 2023-cü il 16 may tarixli 356/1 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Çox təəssüflər olsun ki, bir sıra auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə riayət etməyərək aşağı qiymətlərə müqavilə bağlayırlar və Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorlar Palatasının normativ sənədlərinin tələblərinə düzgün riayət edilmədən keyfiyyətsiz audit aparırlar.

Bu məqsədlə Palatanın müvafiq struktur bölmələri tərəfindən mütəmadi olaraq araşdırmalar və təhlillər aparılır, nəticəsi üzrə Palatanın normativ sənədlərinə əsasən intizam və tənbeh tədbirləri görülür.

2024-cü ilin avqust ayında Palatanın üzvləri arasında Auditor xidməti bazasında haqsız rəqabətə qarşı mübarizəyə dair sorğu aparılmış və üzvlər tərəfindən verilən təkliflər də nəzərə alınmaqla Auditorlar Palatasının 2025-ci il üzrə iş planında haqsız rəqabətə qarşı mübarizə ilə əlaqədar 8 tədbirin icrası nəzərdə tutulmuş və hal-hazırda həmin işlərin icrası davam etdirilir.

Daha sonra Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəisi Rövşən Cəfərli çıxış edərək bildirdi ki, haqsız rəqabət, iqtisadi fəaliyyətin əsas prinsiplərindən biri olan ədalətli rəqabətə zidd olan və bazar iştirakçıları arasında qeyri-bərabər üstünlüklərin yaranmasına səbəb olan fəaliyyətləri ifadə edir. Audit sahəsində haqsız rəqabət halları bazarın düzgün işləməsini pozur və auditor xidmətinin etibarlılığını zəiflədir. Bu səbəbdən, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və auditor xidmətinin şəffaflığına nəzarət edilməsi çox vacibdir.

Bundan başqa ilk dəfə olaraq Palatanın 2025-ci il üzrə iş planına ayrıca olaraq “Haqsız rəqabətə qarşı mübarizə bölməsi” daxil edilmişdir. İş planında haqsız rəqabətlə mübarizəyə dair kifayət qədər yeni-yeni tədbirlər nəzərdə tutulmuşdur. Bu da öz növbəsində Palata tərəfindən haqsız rəqabətlə mübarizənin nə qədər vacib olduğunu göstərir.

Bununla belə, auditor xidmətinin mövcud problemləri və auditorlar arasında hələ də tam əldə olunmayan peşə həmrəyliyi, dempinq hallarının mövcudluğu, digər tərəfdən xidmətin keyfiyyətinin bir çox hallarda günün tələblərinə tam cavab verməməsi yaxın gələcəkdə görüləcək işlərin mühümlüyünü ortaya qoyur.

Auditor xidməti sahəsində haqsız rəqabətlə mübarizədə mövcud problemlərin həlli üçün qətiyyətli addımlar atılmalı və auditorlar arasında daha güclü peşə həmrəyliyi qurulmalıdır. Həmçinin, dempinqlə mübarizənin davam etdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi olaraq təkmilləşdirmə işləri aparılmalıdır.

“Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev, Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi  Elnur İbrahimov, “ANR Audit” MMC-nin direktor-auditoru, Palatanın Şurası yanında Beynəlxalq Audit Standartları üzrə komitənin sədri Namiq Abbaslı, sərbəst auditor, Palatanın Şurası yanında Haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri Vidadi Talıbov və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Palatanın Şurası yanında Auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov “Dəyirmi masa”da çıxış edərək bir sıra təkliflər irəli sürdülər.

“Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2024-ü il 19 yanvar tarixli 1/6 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 16 nəfər “Dəyirmi masa”nın üzvləri və 8 nəfər Palatanın əməkdaşları iştirak etmişlər.

“Dəyirmi masa”nın nəticəsi 2025-ci il 18 mart tarixli iclasın protokolu ilə rəsmiləşdirildi.

PROTOKOL

Azərbaycan Respublikasın Auditorlar Palatası